Xəbərlər

Əməkdar artist Sahib Paşazadənin tar sənəti üzrə ustad dərsi keçiriləcək

Oktyabrın 26-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə Əhməd Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbində tanınmış tarzən, Əməkdar artist, Prezident mükafatçısı, "Tərəqqi" medalı ilə təltif olunmuş Sahib Paşazadə tərəfindən ustad dərsi keçiriləcək.

 

AZƏRTAC xəbər verir ki, ustad dərsində Bakı şəhərində yerləşən uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri iştirak edəcək.

 

Tədbirin əsas məqsədi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Respezentativ Siyahısına daxil edilmiş Azərbaycan tar sənətini gənclər arasında təşviq etməkdir.