Xəbərlər

“ZƏFƏR – 44” uşaq rəsm yaradıcılıq turnirinin yekun sərgisi açılacaq

Noyabrın 2-də Xətai Sənət Mərkəzində Vətən müharibəsində qazanılan möhtəşəm tarixi Zəfərə həsr olunmuş “ZƏFƏR – 44” uşaq rəsm yaradıcılıq turnirinin yekun sərgisi açılacaq.

 

AZƏRTAC xəbər verir ki, turnirdə 44 günlük Vətən müharibəsinin şərəfinə 44 əsər sərgilənmək üçün seçilib. Turnirin gündəlik fəaliyyətini, həmçinin seçim heyəti və seçimin gedişini Xətai Sənət Mərkəzinin media hesabları üzərindən izləmək mümkündür.

 

Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla ərsəyə gətirdiyi əsər əsas götürülüb. Əsəri sərgidə nümayiş olunan müəlliflərə sertifikat və hədiyyələr təqdim olunacaq və sərgilənəcək əsərlər geri qaytarılmır.

 

Qeyd edək ki, turnir Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşıb