Xalq mahnısı. Qalada yatmış idim
I
Qalada yatmış idim,
Top atdılar, oyanmadım,
Saz ilə, söhbət ilə oyatdılar.(2)
II
Qızlara “getmə” dedim,
“Dayan” dedim, dayanmadı.
Saz ilə, söhbət ilə dayandılar.(2)
III
Çaldılar, oxudular,
Oynadılar, şad oldular,
Danışıb, söhbəti də uzatdılar.
Etdilər məst məni badə ilən,
Naz ilə, işvə ilə ayıltdılar.
IV
Qışa yalvardı payız:
“Bülbül oxut”, – oxutmadı.
Yaz ilə, bahar ilə oxutdular.