Yumor

Oxumaq, yazmaq bilsəydim...

Cahil bir kəndli göz həkiminə gedərək bir gözlük istəyir. Həkim onun gözünə müxtəlif gözlüklər taxır və qarşı divardakı hərfləri göstərir. Kəndli heç bir gözü ilə hərfləri oxuya bilmir. Bunu görən həkim:

 

- Yoxsa oxuyub-yaza bilmirsən? - deyə kəndliyə müraciət edir.

 

Kəndli:

 

- Ah, əfəndim! - deyir. Oxumaq, yazmaq bilsəydim, heç səndən gözlük almağa gələrdim?