Yumor

Nə də cümə günü

Molla Nəsrəddin bir boyaqxana dükanı açıb boyaqçılıq eləməyə başlayır. Bir gün birisi paltarlıq şal gətirib deyir:

 

- Molla, bunu boya.

 

- Nə rəngə boyayım?

 

- Elə rəngə boya ki, ondan dünyada olmasın.

 

- Necə yəni “dünyada olmasın?”

 

- Yəni nə qırmızı olsun, nə qara, nə göy, nə yaşıl, nə sarı, nə də ki ağ olsun. Aydındırmı?

 

- Kefin istədiyi kimi boyayaram.

 

- Yaxşı, nə vaxt gəlim aparım?

 

- Elə gün gəl ki, nə şənbə olsun, nə bazar, nə bazar ertəsi, nə çərşənbə axşamı, nə çərşənbə, nə cümə axşamı, nə də cümə.