Bu maraqlıdır!

Mesopotomiya mədəniyyəti

Qədim Mesopotamiyanın (Çayarası) ilk mədəniyyət ocaqları Fars körfəzinin sahillərində meydana gəldi. Məhz burada Dəclə və Fərat çaylarının mənsəbində b.e.ə. IV minillikdə Şumerlər yaşamışdılar. Onlar Ur, Uruq (Bibliyada bu şəhər Erex adı ilə xatırlanır), Laqaş və Larsa şəhərlərini tikmişdilər.

 

Şimalda isə mərkəzi şəhəri Akkadi olan semitlər-akkadlar yaşayırdılar. Artıq b.e.ə. IV minilliyin ortalarında Şumerdə yazı mövcud idi. Yazmaq üçün ilk zamanlar daş və gil lövhələrdən istifadə olunurdu. İti əşyaların köməyi ilə onların üzərində yazılar cızılırdı. Sonra isə onlar bambuk və ya sümükdən olan çubuqların köməyilə nəm gilin üzərində yazmağa başladılar və sonda lövhəni qurudur və ya bişirirdilər. Çubuqla təzyiq göstərərək gildə zolaq formasında izlər qoyurdular. Belə zolaqların yığımı bu və ya digər anlayışın ötürülməsinə xidmət edirdi.

 

B.e.ə. II minillikdə qərbdən gələn yeni semitlər qəbiləsi Çayarasının sahibi oldular. Burada iki güclü dövlət - şimalda paytaxtı Nineviya şəhəri olan Assuriya, cənubda paytaxtı Babil şəhəri olan Babilistan yarandı. Şumer-akkad yazılarını babillilər və assuriyalılar, həmçinin qonşu xalqlar, hettalar, farslar və urartular mənimsəmişdilər.


XIX əsrin ortalarında arxeoloji qazıntılar zamanı tapılan böyük miqdarda cədvəllərAvropaya daşınmağa başlandı. 1849-1850—ci illərdə Nineviya xarabalıqlarından saray kitabxanası, 1853-cü ildə isə b.e.ə. VII əsrdə hökmranlıq etmiş Assuriya padşahı Aşşurbanipalın kitabxanasını tapdılar.


Britaniya (London) muzeyində bu qazıntılar zamanı tapılan 20 min cədvəl saxlanılır. Dünyada isə mixi cədvəllərin sayı 500 minə yaxındır. Babil padşahlığında bütün hesablamalarla yüksək silkə mənsub mirzələr məşğul olurdular. Çox vaxt məmurların uşaqlan bu vəzifəni seçirdilər. Mirzələrin oxuduqları məktəb “cədvəllər evi” adlanırdı. Şagirdlərdən biri öz dostuna yazırdı: “Mirzə aydın yazmağı, yaxşı hesablamağı, torpağı düzgün bölüşdürməyi, mübahisə edənləri barışdırmağı bacarmalıdır”. Belə məktəblər üçün xüsusi riyaziyyat cədvəlləri təyin edilirdi. Onlardakı mətnləri iki hissəyə bölmək olardı: cədvəllər və tapşırıqlar. Müxtəlif cədvəllərin geniş tətbiqi - Babil riyaziyyatçılarının özünəməxsus xüsusiyyəti idi. Vurma cədvəllərindən başqa natural ədədlərin kvadratları, kubları, kvadrat kökləri (altmışlıq kəsrlərdə) və n3 + n2 şəklində olan ifadənin qiymətlər cədvəlləri var idi. Babillilər m ədədini n-ə bölmək üçün bölənin tərsi olan n' = \/n ədədini m-ə vururdular. Odur ki, onlarda tərs kəmiyyətlərin çoxlu cədvəlləri var idi. Bölməyə belə yanaşma müasir riyaziyyatda da, məsələn matrislər cəbrində hələ də qalmaqdadır.

 

O ki, qaldı mətn-məsələlərə, ən təəccüblüsü odur ki, əksər məsələlərin həlli kvadrat tənliklərin həllinə gətirilirdi. Bu valehedici kəşf imkan verdi ki, cəbrin meydana gəlməsi əvvəllər hesab edildiyi kimi b.e.ə. V əsrə yox, b.e.ə. XVIII əsrə aid edilsin.