Şeirlər

Əyyub Türkay. Vətən tarixi

Sevirəm vətənimin,
Hər obasın, hər yurdun.
Burda nişanı qalıb,
Ulu dədəm Qorqudun.


Oxuyub öyrənirəm,
Tarixin salnaməsin.
Azərbaycanım haqda,
Bəstələnən nəğməsin.

 

 

Torpağına baş qoydum,
O mənə beşik, nənni.
Ən çox sevdiyim dərsdir,
“Vətən tarixi” fənni.