Təbiət

Şark Bay, Qərbi Avstraliya

Şark Bay Avstraliya sahilinin qərbində yerləşir. O həm də üç iqlim qurşağının birləşmə nöqtəsi sayılır.

 

AZƏRTAC xəbər verir ki, Şark Bay ərazisinin təxminən 70 faizi dəniz sularından ibarətdir və bura bir çox qoruq əraziləri də daxildir.

 

Şark Bay körfəzindəki yarımadalar, adalar və müxtəlif landşaftlar Avstraliyada nəsli kəsilməkdə olan bir çox məməlilər tərəfindən təbii yaşayış yeri hesab olunur. Bölgədə həmçinin 230-dan çox quş növü var. Bu, Avstraliyadakı ümumi quş növlərinin təxminən 35 faizini təşkil edir. Bu səbəbdən səlahiyyətlilər bu bölgənin zəngin flora və faunasını qorumaq üçün əllərindən gələni edirlər.

 

Qeyd edək ki, Şark Bay körfəz ərazisi Qərbi Avstraliyadan UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş ilk yerlərdəndir və bu siyahıya əyalətdəki Purnululu Milli Parkı da aiddir. Şark Bay Gascoyne bölgəsində yerləşir və 2,2 milyon hektardan çox ərazini əhatə edir.