Atalar sözləri

Qoçu Nəcəfqulunun keçisi

Heç kimin tanımadığı, məclislərdə özünü sәrbәst və ərköyün aparan, hәrәkətlәrinә hədd qoymayan adamlar haqqında istehza ilə işlədilən ifadə


İfadə XX əsrin əvvəllərində Bakıda yaşamış mәşһur qoçulardan biri sayılan Nəcəfqulunun adı ilə bağlıdır. Deyildiyinә görә, әslən Maştağa kəndindən olan qoçu Nəcəfqulu kifayət qədər cəsur və ədalətli adam kimi tanınırmış, haqqı nahaqqa verməzmiş. Məşhur «O olmasın, bu olsun» bәdii filmindә qoçu Әsgәrin prototipi qoçu Nәcәfquludur.

 

Qoçu Nәcәfqulu bir də Bakı camaatının uzun müddәt yadından çıxmayan çox mәşhur keçisi ilə yadda qalıb. Deyilənə görə, Nәcәfqulunun bu keçisini o qәdәr harın böyütmüşdülәr ki, qabağına nә gәldi buynuzu ilә vurub-dağıdırdı. İllaһ da keçi bazara girәndə aləm bir-birinə dəyərmiş. Quba meydanında (indiki Füzuli meydanı) dükançılar bu «mәşhur» keçini görәn kimi dәrhal dükanı bağlayıb harasa yoxa çıxırdılar. Heç kimin keçiyə toxunmaq, onu qovmaq ixtiyarı yox idi. Belə bir addım atanı Nəcәfqulu dәrhal cəzalandırardı.