Afişa

“Ana” tamaşası Gənc Tamaşaçılar Teatrında nümayiş ediləcək

Noyabrın 5-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında böyük dramaturq və şair Hüseyn Cavidin “Ana” pyesi əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunacaq.

 

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov olan böyük dramaturq H.Cavidin “Ana” əsəri azərbaycanca yazılmış ilk mənzum dram əsəri sayılır. Şair-dramaturq həmin səhnə əsərini 1910-cu ildə tamamlayıb. Dramın qəhrəmanı Səlma ana obrazının timsalında mərdlik, mənəvi nəciblik, insani sədaqət duyğuları tərənnüm olunub. Yeganə oğlunun nişanlısına göz dikmiş varlı ailənin yetirməsi Orxanın qurduğu tələ həm özünün, həm də Ananın yeganə övladı mərd, igid Qanpoladın məhvinə səbəb olur. Bundan xəbərsiz olan Ana qatili öz evində gizlədir. Azərbaycan qadınının mərhəmət simvolu kimi təqdim olunan Ana namərd Muradı bağışlayır və onu öldürməsinlər deyə, gizlicə aradan çıxarır.

 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.