Atalar sözləri

Xoruzunu qoltuğuna vermək

Mәğlub edib yola salmaq, qalib gәlmәk, üstün olmaq; işdən çıxarmaq


Bu frazeoloji ifadə müsəlman ölkələrində çox yayılmış xoruz döyüşdürmәk adәti ilә әlaqәdar yaranmışdır. Döyüşdürmək üçün xüsusi seçilmiş xoruzlar meydana buraxılırdı. Bir-birini al qana bulayan xoruzlar əldən düşənədək vuruşurdular, meydandan qaçan və yaxud əlacsız şəkildə yerə yatan xoruz məğlub sayılırdı. Məğlub olan xoruz əhvalı pozulmuş sahibinin qoltuğuna verilirdi, yəni həmin adamın özü üçün də bu, mәğlubiyyәt hesab olunurdu.

 

Bu әsasda yaradılan «xoruzunu qoltuğuna vermək» ifadәsi məcazi mәna kəsb edərək sonralar başqa mәğlubiyyәtlәr zamanı da tәtbiq olunmağa başlamışdır. Xoruz döyüşdürmәk adətinin tədricən aradan çıxmasına baxmayaraq həmin ifadə hər hansı mübarizәdә mәğlub olanlar üçün bu gün də geniş dairədə (xüsusən nərd, domino kimi stolüstü oyunlarda) işlənməkdədir.