Bu maraqlıdır!

Paltaryuyan maşın necə qurulub?

Paltaryuyan maşının içərisində elektriklə hərəkətə gətirilən mexanizm vardır. Bu mexanizm barabanı- içərisinə yuyulmaq üçün paltar yığılmış silindrşəkilli qabı fırladır. Həmçinin paltaryuyan maşında yuyucu tozların qoyulması üçün hissə var, sonra bu yuyucu toz suda həll olaraq maşının içərisinə axır. 


Beləliklə, paltar yuyucu tozun həll olunduğu su ilə dolu barabanın içərisində fırlanaraq yuyulub çirkdən təmizlənir.