Bu maraqlıdır!

Mikrodalğalı soba nədir?

Ümumiyyətlə, soba dedikdə nəyi isə qızdırmaq üçün içərisində yüksək temperatur yaradılan qurğu nəzərdə tutulur. Həmçinin, yemək qızdırmaq və bişirmək üçün istifadə edilən məişət cihazına da soba deyilir.

 

Hər bir sobanın qızması, yəni istilik istehsal etməsi üçün ona yanacaq və ya elektrik enerjisi lazımdır, hamıya qazla və elektriklə işləyən mətbəx sobası məlumdur. Mikrodalğalı soba onlardan fərqlənir: onun içərisində maqnitron adlı cihaz vardır və o, sobanın içərisində yeməyin hazırlanması üçün lazım olan qədər qızdırılmasına səbəb olan elektromaqnit dalğaları buraxır. Bu cür sobaların bir çox üstünlükləri var: yemək onun içərisində çox tez hazırlanır. Onun içərisində ərzağın buzunu əritmək olar və bundan başqa, sobanın bayır hissəsi qızmır.