Laylalar
Uyu, balam, yat, balam,
Qızıl gülə bat, balam.
Şütük bağın bağlayım,
Şirin-şirin yat, balam.
Balam laylay, a lalylay,
Gülüm laylay, a laylay.
Laylay balam, gül balam,
Sən mənim sünbül balam.
Laylayımla yatasan,
Oyatsın bülbül, balam.
Balam laylay, a lalylay,
Gülüm laylay, a laylay.
Laylay dedim, yat dedim,
Yastığa baş at dedim.
Bala, çəkim nazını,
Boya-başa çat dedim.
Balam laylay, a lalylay,
Gülüm laylay, a laylay.
Mən sənə qalam deyim,
Gül deyim, lalam deyim.
Yat, incitmə ananı,
Sağ olsun balam, deyim.
Balam laylay, a lalylay,
Gülüm laylay, a laylay.
Laylay mənim bəbəyim,
Bir arzum, bir diləyim.
Bəd gündə, bəd ayaqda
Sənsən mənim köməyim.
Balam laylay, a lalylay,
Gülüm laylay, a laylay.
Laylay dedim yatasan,
Dərdi-qəmi atasan.
Qızılgül bağın olsun,
Gül-çiçəyə batasan.
Balam laylay, a lalylay,
Gülüm laylay, a laylay.
Balam oynur, yatmayın,
Sözünə söz qatmayın.
Layla deyin balama,
Qoy yatsın, oyatmayın.
Balam laylay, a lalylay,
Qoxusu güldən gəlir,
Güldən, bülbüldən gəlir.
Balamın gül beşikdə
Yuxusu birdən gəlir.
Balam laylay, a lalylay,
Gülüm laylay, a laylay.