Payız mahnısı
Musiqi: Rəşid Şəfəq
Söz: Əjdər Ağayev
I
Bulud göydə çoxaldı,
Sərinləşdi havalar.
Quşlar köçdü, boş qaldı,
Budaqlarda yuvalar.
II
Ağ tarlalar «Gəl!» — dedi,
Bol məhsulu yığmağa.
Yayıldı şənlik səsi
Hər gün elə, obaya.
III
Köçüb getdi durnalar,
Leyləklər, qaranquşlar.
Xəzan oldu çöl, meşə,
Yağdı leysan yağışlar.
04.11.2022