Rəfiqə Qasımqızı. Tapmacalar
Xırda-xırda düzülüb,
xatırladır üzümü.
Necə səliqəlidir,
gilələrin düzümü.
Dadı bir az turşməzə,
qızaranda yeyilir.
Siz deyin,ay uşaqlar,
adına nə deyilir.
Qarağat
Sapsarıdır çiçəyi,
gözəl görünür tağda.
Düşsə bircə toxumu,
bitər bostanda, bağda.
Süfrələri bəzəyir,
vardır yamyaşıl donu.
Salata ləzzət qatır,
hamı xoşlayır onu
Nə acıdır, nə şirin,
yetişməmiş yeyilir.
İndi siz tapın görüm,
adına nə deyilir?
Xiyar
04.11.2022