Şeirlər

Əyyub Türkay. 8 Noyabr

Yeni tariximizin
Səkkiz noyabr günü.
Zəfərimin yayıldı,
Səsi, sədası, ünü.

 

Oxuyuram dərslikdə
Qırx dörd günlük savaşı.
Bir-birinə qarışmış
Sevinc, kədər göz yaşı.

 

 

 

"Zəfər" sözü, sən necə
Möhtəşəm, uca adsan.
Qulağımda səslənir,
Şuşamız, sən azadsan!