Xəbərlər

“Ustad dərsləri” layihəsi davam edir

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və “Cultural Network House" İctimai Birliyinin birgə təşkilatçılığı ilə ərsəyə gələn “Ustad dərsləri” layihəsi davam edir.

 

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, dünyaşöhrətli pianoçu Şahin Növrəslinin rəhbərliyi ilə reallaşan dərslər həftədə bir dəfə olmaqla həyata keçirilir.

 

Layihənin məqsədi - Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Uşaq musiqi və incəsənət məktəblərində təhsil alan uşaqların arasında caz musiqisinin geniş təbliğini gerçəkləşdirməklə onların bədii estetik zövqünü yüksəltmək, istedadlı şagirdləri üzə çıxarmaq və onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək, şagirdlərin hərtərəfli şəxsiyyət kimi formalaşmasına dəstək olmaq, ustad dərsləri vasitəsilə onlara daha bir yeni ustad töhfəsi verməkdən ibarətdir.