Bu maraqlıdır!

Yosunlar haqqında maraqlı faktlar

1. Yosunlar - yer üzündəki ən qədim bitkilərdir. Onlar təkhüceyrəli, çoxhüceyrəli və kolonial formalı olub, müxtəlif ekoloji şəraitə uyğunlaşmışlar.

 

2. Qırmızı dəniz öz adını yosunlardan, yəni “Qırmızı Oscillatoria” yosunundan almışdır.

 

3. Yosunların kökləri yoxdur. Onların orqanizmi “tallom” adlanan gövdə cismindən ibarətdir. Çox iri ölçülü bəzi yosunlar rizoidlərlə (yalançı köklərlə) substrata yapışır. Onlar lazımi bəsləyici maddələri suyun səthi vasitəsilə udurlar.

 

4. Yosunlar avtotrof, yəni qeyri-üzvi maddədən üzvi maddələr sintez edən orqanizmlərdir. Daşıdıqları fotosintez piqmentindən (xlorofil) asılı olaraq müxtəlif rəngdə olurlar, məsələn, qonur, yaşıl, qırmızı.

 

5. “Xlorella” yosunu kosmosa aparılan ilk bitkilərdən biridir.

 

6. Şibyə - yosun və göbələklərin simbiozu nəticəsində əmələ gəlmişdir (simbioz - iki orqanizmin bir-birindən istifadə edərək müştərək yaşamasıdır).

 

7. Flaminqo quşlarının lələkləri qidalandığı yosun və xərçəngkimilərə görə çəhrayı rəngdədir.

 

8. Suyun içərisində cəngəlliklər yarada bilən və “canlı maneə” adlanan Qırmızı və Qonur yosunlar, 200 metrə qədər dərinlikdə özlərini əla hiss edirlər. Tədqiqatçılar bu yosunlara suyun səthindən hətta 268 metr aşağıda rast gəliblər, bu da fotosintez aparan bitkilər üçün mütləq rekorddur.

 

9. Yosunlar təkcə su altında yaşamır - bəziləri hasarlarda, ağaclarda, evlərdə və torpaqda belə kök salır.

 

10. Elm adamları 100.000-dən çox yosun növü haqqında bilirlər, lakin planetdə yəqin ki, onların sayı daha çoxdur.

 

11. Yosunlar torpağı üzvi maddələrlə zənginləşdirir (təxminən 80%) və bəziləri azot istehsal edir və digər mikroorqanizmlərin inkişafını aktivləşdirir. Fotosintez prosesi nəticəsində topladıqları üzvi birləşmələr yosun tələf olduqdan sonra torpağa keçir.

 

12. Yosunlar birbaşa və ya dolayı yolla su altında yaşayan bütün heyvanları qida ilə təmin edir.

13. Yosunların həyati fəaliyyəti sayəsində Yerdə bəzi süxurlar - məsələn, Diatomitlər və Yanar şist meydana gəlmişdir.

 

14.Mineral suxurların torpağa çevrilməsi prosesində yosunlar əsas rol oynayır. Krakatau adasında püskürən vulkan bütün canlıları məhv etmiş və hər yeri mineral kütlə olan isti lava örtmüşdü, lakin suxurlar soyuduqdan sonra onun üzərində əmələ gələn ilk canlı yosunlar olmuşdur. Bunların əmələ gətirdikləri metabalizm məhsulları ilə həmin suxurlar tədricən parçalanır və orada üzvi maddələr,humus əsasən yosunlar hesabına əmələ gəlmiş və beləliklə,bitkilərin inkişafı üçün şərait yaranmışdır.

 

15. Yosunlar qida kimi insanlar arasında çox istifadə olunur. Məsələn, dünyada ən məşhur yeməklərdən biri olan Suşinin tərkibində məhz yosun varındıran.

 

16. Yosunlar minerallarla, xüsusilə yodla zəngin olduğu üçün çox faydalıdır.

 

17. Yosunlar bioloji çirkab suların təmizlənməsi və akvariumlar üçün istifadə olunur.

 

18. “Aqar-aqar” adlanan polisaxaridlər əsasən okean yosunlarından əldə edilir.

 

19. Yosunlar gələcəkdə dizel və benzini əvəz edə biləcək bioyanacaq üçün xammaldır.

 

20. Alimlər kosmik gəmilərdə maddələri emal etmək üçün yosunlardan istifadə etməyə çalışırlar. Bu təcrübələr uğurlu olarsa, insanlar kosmosu fəth etmək üçün yeni imkanlar açacaqlar.

 

21. Qurudulmuş dəniz yosunu yastıq və yorğan doldurmaq üçün uyğundur.

 

22. Yosunlardan farmakologiya və kosmetologiyada geniş istifadə olunur. Məsələn, gözəllik salonlarında dərini cavanlaşdırmaq və tonunu yaxşılaşdırmaq üçün yosun sarğıları tətbiq olunur.

 

23. Mavi-yaşıl yosunlar bitki deyil, bakteriyadır.

 

24. Yosunlardan alınan maddələr plastik, boya və hətta partlayıcı maddələrin istehsalında istifadə olunur.

 

25. Bəzi yosunlar suyun səthinə çıxmaq üçün qaz qabarcıqları əmələ gətirir.

 

26. İri yosunlar “daban” deyilən xüsusi orqanın köməyi ilə dənizin dibə yapışırlar. Bu bitkilər əsl sualtı meşələr yarada bilər.