Bu maraqlıdır!

Dünyada ilk mikrob muzeyi

Dünyada ilk mikrob muzeyi Niderlandın Amsterdam şəhərində yerləşir. Bu muzey 2014-cü ildə açılıb və dünyanın ilk mikrob muzeyi hesab edilir. Muzey ziyarətçiləri bakteriyalar ilə yaxından tanış edir və onların əsrarəngiz görüntüsünü təqdim edir. Muzey haqqında belə deyirlər: - “Buranı ziyarət etmək mikroblara qarşı baxış bucağınızı dəyişdirəcək”. 

 

Muzeyin rəsmi saytında belə bir qəşəng mətn var:

 

“Onları görmürsən, amma buradadırlar. Onlar sənin üzərindədir və səndə onlardan yüz milyardlarla var. Yemək yeyərkən, nəfəs alarkən yanındadırlar. Onlar hər yerdədir. Əllərinin üzərində və qarnında. Və hər şeyə qarışırlar... Dünyanızı formalaşdırırlar.

 

Nəyi qoxlayırsansa, nəyi dadırsansa, oradadırlar.

 

İstər xəstələn, istər sağal.

 

Bizi xilas edə və ya yox edə bilərlər. Mikroblar - Planetimizdəki ən kiçik və ən güclü orqanizmalardır.

 

Onlar haqqında çox az şey bilirsiniz, amma onlardan çox şey öyrənə bilərsiniz… Sağlamlığınız, alternativ enerji qaynaqları və daha çox şey haqqında.

 

Çox yaxından baxdıqda sənin üçün yeni bir dünya açılacaq. Xəyal edə biləcəyindən daha çox - gözəl və möhtəşəm bir dünya...

 

“Micropia”ya xoş gəlmisiniz”.