Bu maraqlıdır!

Everesti fəth edən ən yaşlı adam

Dünyanın ən hündür zirvəsi - 8848 metr hündürlüyündəki Everesti indiyə kimi 6 mindən çox insan fəth edə bilib. Onlardan ən yaşlısı 80 yaşlı yapon alpinist Yuichiro Miuradır.

 

Yuichiro Miura bir çox ilkə imza atıb. Bunlardan ən əsası və çətini isə 80 yaşında Everestə qalxmağı bacarmaqdır. O, 70 yaşında da Everestə çıxıb. Daha sonra iki dəfə ürək əməliyyatı keçirib, lakin 80 yaşında öz rekordurunu qırmağa qərar verib. Möhtəşəm əzmkarlıq nümunəsidir elə deyilmi?!

 

Qeyd edək ki, adam hələ də yaşayır və hazırda 89 yaşı var. Hər gün hər ayağına 5 kiloqram, belinə 30 kiloqram yük bağlayıb 14 kilometr yol qət etdiyini və az oksigenli otaqda qaldığını bildirib. Hər səhər bişmiş düyü, soya paxlası, miso şorbası, yumurta və balıqdan ibarət səhər yeməyi yediyini deyir.

 

Başqa bir əzmkarlıq da bu yaşda o qədər pul xərcləməkdir. Everestǝ çıxmağın xüsusi xərcləri var. Bu səfərin maliyyəti təxminən 30 min dollardan çoxdur.