Təbiət

Quşlar haqqında maraqlı faktlar

1. Quşları öyrənən elm “ornitologiya” adlanır.


2. Quşlar bir-biri ilə vizual və səs siqnallarından istifadə edərək ünsiyyət quran sosial heyvanlardır.


3. Quşlar dünyanın bütün ekosistemində, o cümlədən Antarktidada yayılmışdır. Antarktida ərazisində 46 növ quş yaşayır.


4. Hər il aprelin 1-i Beynəlxalq Quşlar Günü kimi qeyd olunur. Bayramın məqsədi - quşların növ müxtəlifliyini və sayını qorumaqdır.


5. İnsan tərəfindən bir dəfə əhilləşdirilən ilk quş “qaz”dır.


6. Hazırda planetimizdə 10 000- dən çox müxtəlif növ quş yaşayır.


7. Bütün quş növlərinin demək olar ki, üçdə ikisi tropik meşələrdə yaşayır.


8. Yer üzündə yaşayan ən balaca quşun kütləsi ən irisinin kütləsindən təxminən 66.000 dəfə azdır.


9. Dünyada ölçüsünə görən kiçik quş, uzunluğu 5.7 santimetrdən çox olmayan, çəkisi isə 2 qram olan, “kolibri” quşudur. 


10. Kolibrilər dünyada geriyə uça bilən yeganə quşdur.


11. Ən böyük quş Afrika dəvəquşudur, boyu 2,7 metrə, bədən çəkisi 156 kiloqrama çatır.


12. İndiki dövr quşları arasında qanadlarını açma diametrinə görə Albatros (Diomedea exulans) birinci yerdədir (3.25 metr).


13. Quşların tənəffüs sistemi bütün heyvan qrupları arasında ən mürəkkəb sistemlərdən biri hesab olunur, çünki uçuş zamanı onların orqanizmi artan qaz mübadiləsinə ehtiyac duyur.


14. Bayquşlar gözlərini hərəkət etdirə bilmirlər-bunun əvəzinə- başlarını 270°-ə qədər çevirirlər.


15.Dimdiyinin ucunda burun dəliyi olan yeganə quş-Kividir. Bu tənzimləmə onlara yerdəki yeməkləri qoxlamağa kömək edir.


16. Jako (boz tutuquşu) ən çox danışan quş hesab olunur. Orta hesabla 1500-dən çox söz yadında saxlaya bilir.


17. Əvvəllər mədənçilər tez-tez mədənə qəfəsdə Kanarya quşu (sarıbülbül) götürürdülər və işləməzdən əvvəl quşa baxırdılar. Əgər quş birdən narahatlıq əlamətləri göstərməyə başlasa və ya yıxılsa, insanlar tələsik mədəndən ayrılırdılar. Fakt budur ki, kanaryalar təbii qazlara qarşı çox həssasdırlar və hətta havadakı cüzi sızıntıdan belə ölürlər.


18. Ən çox lələyi olan quş “Tundra qu quşudur” (kiçik qu quşu) (lat. Cygnus columbianus bewickii). Lələklərinin sayı 25 minə çatır.


19. Quşların lələkləri skeletindən daha ağırdır. 


20. Uçuş üçün çoxlu əzələ enerjisi tələb olunduğuna görə quşların maddələr mübadiləsi son dərəcə sürətlə baş verir və qidaya ehtiyac böyüyür.


21. Dəniz quşu Tünd susüpürən (лат. Onychoprion fuscatus)  dənizdə 3 ildən 10 ilə qədər yaşaya bilər. Eyni zamanda, quş bu zaman ərzində praktiki olaraq istirahət etmir, çünki onun üzgüçülük membranları yoxdur və digər quşlar kimi su səthində dayana bilmir. 


22. Albatroslar qanadlarını tərpətmədən, eyni zamanda əzələ səyindən və hava axınından da istifadə edərək saatlarla uça bilirlər.


23. Toyuqlar dünyada sayı 50 milyard fərddən çox olan ən geniş yayılmış quşlardır.


24. Ginnes rekordlar kitabına görə, Yer kürəsinin ən təhlükəli quşu-Kazuardur. 


25. Bayquşlar tükləri sayəsində tamamilə səssizcə uçurlar.


26. Şahin saatda 300 kilometrdən çox sürətlə uça bilir.


27. Köçəri quşlar bir səbəbdən xüsusi cığırla uçurlar-belə bir düzülüş hava müqavimətini azaltmağa imkan verir.


28. Şahinlərin inanılmaz dərəcədə kəskin görmə qabiliyyəti var-bu quşlar bir kilometrə qədər məsafədə qaçan siçanı ayırd edə bilirlər.


29. Ördəklər və qazlar şaxtalı havaya ən dözümlü quşlardır.


30. Avstraliyada yaşayan Liraquyruq (lat. Menura) son dərəcə mürəkkəb səs aparatına malik quş növüdür. Bu canlılar insan ağlamasına, mişar və avtomobil mühərrikinin səsinə qədər istənilən səsi təqlid edə bilirlər.


31. Quşların bir deyil, iki qırtlağı var.


32. Bütün dünyada 6 növ zəhərli quş mövcuddur. Bunlar: Plectropterus gambensis, Ifrita kowaldi, Colluricincla, Pitohui dichrous, Pitohui kirhocephalus və Pseudorectes ferrugineus.