Bu maraqlıdır!

Kolumbiya haqqında maraqlı faktlar

1. Kolumbiya Braziliya və Vyetnamdan sonra dünyanın üçüncü ən böyük qəhvə ixracatçısıdır.
 
2. Kolumbiyanın ictimai radio və televiziyasında hər gün səhər və axşam saat 6-da dövlət himninin səsləndirilməsi məcburidir.
 
3. Tənbəl deyillər, əylənməyi çox sevirlər, belə ki, 18 milli bayramı olan Kolumbiya dünyada “ən çox milli bayramı olan ölkələr” siyahısında Hindistandan sonra ikinci yerdədir.
 
4. Kolumbiya həm də kəpənək növlərinin müxtəlifliyinə görə seçilir, belə ki, ölkədə kəpənəklərin hər beş növündən birinə rast gəlmək olar.
 
5. Amazon tropik meşələrinin demək olar ki, 60%-i Braziliyada, 13%-i Peruda və 10%-i Kolumbiyada yerləşir.
 
6. Kanyo Kristales (ispanca Caño Cristales) - "Beş Rənglər çayı" və ya "Maye Göy qurşağı", Kolumbiyanın Meta əyalətində yerləşən çaydır. Bu çayın yatağı iyulun sonundan noyabr ayına kimi sarı, yaşıl, mavi, qara və daha çox qırmızı rəngdə olur.
 
7. Kolumbiyada Azərbaycanda olduğu kimi yaşlılara böyük hörmət və ehtiram göstərilir, onlar cəmiyyətdə və ailədə əsas söz sahibidir.
 
8. Kolumbiya əfsanəvi italyan kəşfiyyatçısı, naviqatoru və müstəmləkəçisi Xristofor Kolumbun adını daşıyır.