Musiqi

Qarabağ şikəstəsi

I
Deyir ey!
Qarabağda bağ olmaz,
Qara salxım ağ olmaz.
Qürbətdə olanın,
Ürəyində yağ olmaz.


II
Deyir ey!
Əzizinəm, kimi gözlər,
Tar çalan simi gözlər.
Qaşların tək qaş olmaz,
Gözlərin kimi gözlər.


 

 

 

III
Deyir ey!
Əzizinəm Qarabağ,
Şəki, Şirvan, Qarabağ.
Aləm cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.

 

Not yazısı Üzeyir Hacıbəylinindir.