Xanımana Əlibəyli. Süsən gülü
Bağçaya gedən yolun
Kənarında bitmişəm.
Elə bilməyin kolun
Arasında itmişəm.
Güllərim hər rəng olur,
Ətirli, qəşəng olur.
Gör necə boy atmışam,
Gəlib sizə çatmışam.
Gülüm ipəyə oxşar,
Yarpağım lələklərə.
Ay sağ olun, uşaqlar,
Su səpdiniz ləklərə.
Küsən deyiləm özüm,
Sevmirəm də küsəni.
Sizə budur ki, sözüm,
Unutmayın süsəni.