Bu maraqlıdır!

Su zanbağı suyun üzərində necə durur?

Su zanbağı şirin su hövzələrində: göllərdə və yavaş axan çaylarda məskunlaşmış çox gözəl bitkilərdir. Su zanbağına planetimizin bir çox yerlərində rast gəlmək olar, ancaq Cənubi Amerikada onlar daha çoxdur.


Su zanbağının gülləri həmişə tək-tək olur, onlar çox böyük və gözəldirlər. Onun suyun altında olan uzun gövdəsi və onu suyun dibinə bərkidən güclü kökləri var. Ancaq su zanbağının yarpaqları və çiçəyi suyun üzündə üzür. Onların toxumlarında kiçik qabarcıqlar kimi tam olaraq hava ilə dolu xüsusi hüceyrələr var. Məhz bu qabarcıqlara görə su zanbağının yarpaqları çox yüngüldür və suda batmır. Bundan başqa, qabarcıqdakı hava bitkinin gövdəsinə daxil olur, onu həyat üçün lazım olan oksigen və karbon qazı ilə təmin edir.