Sabahdan “Kod saatı: rəqəmsal gələcəyə addım 2022-ci il” müsabiqəsinə qeydiyyat başlayır
Dekabrın 1-dən “Kod saatı: rəqəmsal gələcəyə addım 2022-ci il” müsabiqəsi üzrə qeydiyyat prosesinə başlanılır.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən məlumat verilib.
Proqramlaşdırma üzrə sözügedən müsabiqənin birinci mərhələsi dekabrın 17-18-də baş tutacaq.
Respublika üzrə keçiriləcək proqramlaşdırma müsabiqəsində IV-IX sinif şagirdləri iştirak edəcək.
01.12.2022