Bu maraqlıdır!

Vyetnamın Mişon məbəd kompleksi

Vyetnamın Kuanq Nam əyaləti tarixi “Mişon məbəd kompleksi” sayəsində bütün dünyada məşhurdur. Bura, qədim Çampa dövlətinin keçmiş dini mərkəzidir. Obyekt dünya əhəmiyyətli mədəni irs abidəsi kimi tanınır və hər il, ötən əsrlərin sirləri ilə maraqlanan minlərlə səyahətçini özünə cəlb edir.


Kompleks haqqında ilk məlumat XVII-XVIII əsrlərə aiddir. Rəvayətə görə, təxminən 1,5 min il əvvəl mövcud olan Çampa İmperiyasının paytaxtı bir vaxtlar burada yerləşib. Alimlər hesab edirlər ki, Mişon məbəd kompleksinin banisi - Şiva tanrısının əzəməti şərəfinə, həm də onun hakimiyyətinin xatirəsi olaraq şəhərin yaxınlığında “Müqəddəs Vadi” yaratmağa qərar verən Kral I Bhadravarmanu olub. Uzun müddət heç kim Mişon xarabalıqları haqqında heç nə bilməyib, yalnız XX əsrdə Dananq yaxınlığında qazıntı aparan fransız arxeoloqları onu tapmağa müvəffəq olubar.


Vyetnam-Amerika müharibəsi zamanı kompleks praktiki olaraq yerlə-yeksan edilib, binaların əksəriyyətinə ciddi ziyan dəyib və indi onlar otla örtülmüş daş yığınına çevrilib. 1975-ci ildə qədim abidənin bərpasına qərar verildi. Bunun üçün bir neçə il ərzində ətraf torpaqların sakinləri müharibədən dağılmış cəngəlliyi öz əlləri ilə mina və bombalardan təmizlədilər. Kompleksin bərpası təxminən 15 il çəkdi və 1996-cı ildə Mişon məbəd kompleksinin təntənəli açılışı oldu. 3 il sonra YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edildi.


Qədim çampalar həqiqətən də böyük xalq idi. İnanılmaz səyləri nəticəsində monumental binalar ucaltdı və onların düzülüşündə keçmiş sivilizasiyanın mədəniyyətini, inanclarını əks etdirməyi bacardılar. Bir vaxtlar kompleks ərazisində 70-ə yaxın ziyarətgah və məbəd mövcud idisə, hazırda burada yalnız bir neçə, 20-ə yaxın, bişmiş kərpicdən tikilmiş bina qorunub qalıb.


Məbəd, qüllələr qədim sənətkarlar tərəfindən oyulmuş unikal naxış və dizaynla bəzədilib. Hər bir elementin əl ilə yaradılması sadəcə heyrətamizdir!


Bir vaxtlar paytaxt Çampa sakinlərinin keçdiyi dar keçidlər və cığırlar indi bələdçili turlar üçün istifadə olunur. Onlarla gedərkən hindu tanrılarının bir neçə heykəllərini görmək mümkündür. Kompleksin dumanla örtülmüş təpələr və sıx cəngəlliklər arasında yerləşməsi onun sirrini daha da artırır!


Kompleksin yaxınlığında Çampa imperiyasının tarixindən bəhs edən muzey və mədəniyyət mərkəzi var. Mərkəzdə tematik folklor tədbirləri keçirilir.