Xəbərlər

Fənn olimpiadalarına qeydiyyat yenidən aktivləşdirilir

Respublika fənn olimpiadalarında iştirak etmək üçün onlayn qeydiyyat yenidən aktivləşdirilir.

 

Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, şagirdlər https://portal.edu.az/ platforması üzərindən qeydiyyatdan keçməklə “Müsabiqə və olimpiadalar” bölməsində müvafiq elektron xidmətdən faydalana bilərlər.

 

Qeydiyyat sistemi dekabrın 2-si saat 17:00-dək kimi aktiv olacaq.

 

Müraciətçilər onlayn qeydiyyatla əlaqədar yaranmış çətinliklərlə bağlı +994 50 791 46 31 vatsap nömrəsinə yazılı şəkildə müraciət edə bilərlər.