Afişa

İlin sonunadək Kukla Teatrında iki premyera olacaq

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı bu ilin sonunadək iki premyera ilə uşaqların görüşünə gələcək.

 

AZƏRTAC xəbər verir ki, dekabrın 10-da “Məlikməmməd” şərti adı ilə musiqili tamaşa azyaşlı seyrçilərin ixtiyarına veriləcək. Tamaşanın quruluşçu rejissoru Anar Məmmədovdur.

 

Teatrın səhnəsində növbəti premyera Səidə Haqverdiyevanın quruluşunda “Üç donuz balası” tamaşası olacaq.

 

Hər iki tamaşanın quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Vüqar Camalzadədir.

 

Bundan başqa uşaqlar üçün Hans Xristian Andersenin “Qar kraliçası” nağılı əsasında “Qar kraliçasının yeni il sərgüzəştləri” adlı Yeni il şənliyi təşkil olunacaq. Uşaqların sevimlisi Qar qızı onları darıxmağa qoymayacaq.