Şeirlər

Aləmzər Əlizadə. "Qa-qa" dır salamları

Bağımızın yolunda

Dənlənir beş dənə qaz.

Keçəndə yanlarından

Salam verməsəm olmaz.

Salam, qazlar, salam!

Qa-qa, qa-qa.

Salam, qazlar, salam!

Qa-qa, qa-qa.

Uzun boyunlarını,

Uzadır mənə sarı.

Danışa bilmir onlar,

“Qa-qa”dır salamları.