Bu maraqlıdır!

Dekorativ bitkilər nədir?

Bəzi bitkilərin o qədər gözəl çiçəkləri var ki, insanlar onları xüsusi olaraq becərir və bəzək üçün istifadə edirlər. Belə bitkiləri dekorativ və ya bəzək bitkiləri adlandırırlar.


Qızılgülləri, qərənfilləri, zanbaqları, qladiolusları və səhləb çiçəklərini istixanalarda və ya xüsusi sahələrdə becərir, sonra isə kəsib satırlar. Bütün bu güllər parlaqdır, böyükdür, güclü və xoş ətri var, bütün bunlardan başqa, kəsildikdən sonra onları bir xeyli müddət saxlamaq olur. Adamlar onları evdə su doldurulmuş vazanın içərisinə qoyaraq otağı bəzəmək üçün və ya kiməsə bağışlamaq üçün alırlar.


Bir çox dekorativ bitkiləri, məsələn, bənövşə, beqoniya və fuksiya (küpə çiçəyi) kimi çiçəkləri adamlar dibçəklərdə öz evlərində becərirlər ki, hər gün onların gözəlliyini seyr etsinlər.