Bu maraqlıdır!

Heyvanlar haqqında maraqlı faktlar

Atlar ayaq üstə yatırlar. Yaxşı, nə üçün yatarkən yerə yıxılmırlar? Çünki ayaq sümüklərinin kilidlənmək xüsusiyyəti var. 

 

Koalalar gündə 18 saat yatırlar. 

 

Pandaların yalnız bambuk yediyini bilirdinizmi? Yetkin bir panda 15 kiloqram bambuk yeyir. Bu da ildə 6 ton bambuk edir. 

 

Atəş böcəkləri qarın qisimlərində yaşıl-sarı işıq çıxarır. Normal elektrik lampaları 10 faiz fayda ilə çalışırlar, 90 faizi isə istilik olaraq ortaya çıxır. Buna qarşı atəş böcəkləri 100 faizlik bir fayda ilə işıq çıxarırlar.

 

Milçəklərin gözlərinin hər biri 4 min kiçik hissədən ibarətdir. 

 

Ağ ayılar qalın piy qatı sayəsində buzlu sularda 2 min kilometr üzə bilirlər. 

 

Qarışqa yuvaları sel təhlükəsi ilə qarşılaşdıqda bütün qarışqaların yuvanı boşaltması cəmi 30 saniyə çəkir. 

 

Ağcaqanadlar çox həssas istilik reseptorlarına malikdirlər. Ətrafdakı hər şeyi temperaturlarından asılı olaraq rəngarəng görürlər. Bu proses işıqdan asılı olmadığı üçün ağcaqanadlar hətta qaranlıq otaqda da qan damarlarını asanlıqla tapırlar. Ağcaqanadın istilik reseptorları 0,001 dərəcəlik temperatur dəyişikliyini belə hiss edir.

 

Arıların pətəyi altıbucaqlı olur. Bu, kənar xəttləri ən qısa olan həndəsi fiqurdur. Bunun sayəsində olduqca az arı mumu ilə ən çox ehtiyat toplanan sahələr inşa edilir. Arı pətəklərinin inşa edilməsində bunun kimi bir çox riyazi hesablamalar vardır.

 

İtin beynindəki qoxulamaq funksiyasını yerinə yetirən hüceyrələr insandakından 40 dəfə çoxdur. Məsələn, tülküyəbənzər çoban itində 147 milyon, alman çoban itində isə 225 milyon qoxu qəbul edən hüceyrə var.