Atalar sözləri

Bəlkəni əkiblər, bitməyib

Qarşı tərəfin bir şeylə bağlı irəli sürdüyü hər hansı ehtimalla razılaşmamağı bildirən ifadə


Adətәn, mükalimədə işlədilən ifadə maraqlı bir «söz oyunu» əsasında meydana çıxmışdır.


Burada «bəlgə» leksik vahidi «bəlkə» sözü ilə əvəzlənib. «Bəlgə» əkinlərin arasında boş qalan, əkilməyən yer hüdudunu bildirən nişan deməkdir. Bu yer tapdandığı üçün əkilsə də, heç nə bitməz. Ona görə də ilkin olaraq «bәlgә yerini әkiblәr, bitməyib» ifadəsi yaranıb. Sonradan «bәlgә» sözü «bәlkә» ilә әvәzlәnib. İfadә tәdricәn ümumilәşdiyi üçün buradakı «bəlkә» sözünün әvәzinә ehtimal, şübhә bildirәn başqa dil vahidlәri dә işlәnmәyә başlayıb.