Adada yerləşən ən böyük göl - Nettillinq
Baffin Torpağında yerləşən Nettillinq gölü, ilin çox vaxtı buzla örtülü olsa da, dünyada adada yerləşən ən böyük göldür.
Nettillinq-planetin ən böyük ada gölü, Nunavut əyalətinin ən böyüyü, Kanadada 11-ci və dünyanın 30-cu ən böyük gölüdür. Səthinin sahəsi 5050 km², ümumi sahəsi isə 5542 km² təşkil edir. Maksimum uzunluğu 123 km-dir.
Nettillinq, Kanadanın şimal-şərqində, Nunavut əyalətinin Kikiktani regionunun bir hissəsi olan Baffin adasının cənub hissəsində yerləşir. Göl dəniz səviyyəsindən 30 metr yüksəklikdə, Auyuittuq Milli Parkından təxminən 110 km cənub-qərbdə yerləşir. Göl əsasən Amacuq gölündən, bir sıra göl və çaylardan qidalanır. Şərqində üç buxta yerləşir (Miraj, Kamsel və Burvoş), gölün bu hissəsi çox dayazdır və çoxlu ada ilə əhatə olunmuşdur. Qərb hissəsi isə nisbədən dərindir və adaları yoxdur. Göldən qərbə Foks körfəzinə, ilin böyük qismi buzla örtülü olan kiçik Kukcuak çayı axır.
Gölün faunası olduqca zəifdir. Gölün sularında bu sərt şəraitdə yalnız üç balıq növü yaşıya bilir. Nettillinq və Amacuak arasında olan ərazidə Karibu maralları yaşayır. Nettillinq gölü quşlar üçün mühüm köç ərazisi hesab edilən Böyük Kukcuak düzənliyinin bir hissəsidir. Bura, həm də dünyanın ən böyük qaz koloniyasına ev sahibliyi edir.
Göldə ilk olan avropalı 1883-ci ildə Frans Boas olub.
09.12.2022