Bu maraqlıdır!

Niyə qarışqaları əməksevər sayırlar?

Əgər qarışqaları müşahidə etsək, görərik ki, onlar daima çalışır. Yaşayış üçün özlərinə yuva qurur, yer altında özlərinə yollar qazır, bütün yayı öz yuvalarına qış üçün azuqə ehtiyatı toplamaqla məşğul olurlar.

 

Qarışqalar işləyərkən bir-birinə kömək edirlər. Hərdən meşədə qarışqa sırasını yarpağı, ağac qanadını və ya ölmüş həşəratı necə aparmağını müşahidə etmək olar.


Arılar kimi qarışqalarda güclü təşkilatçılığa malik həşəratlardır. Onlar böyük dəstələrlə yaşayırlar, burada hər qarışqanın öz rolu və vəzifə borcları var: biriləri yem yığır, digərləri yeni sürfələri bəsləyir üçüncülər qarışqa yuvasını qoruyurlar. Qarışqa yuvasında bir dənə dişi-ana qarışqa var, o, başqalarından çox böyükdür, ancaq yumurta qoymaqla məşğuldur, bu yumurtalardan yeni qarışqalar əmələ gəlir.