Atalar sözləri

Pulunu balta kəsmir

Çox zәngin, varlı-hallı, pullu, dövlәtli adamlar һaqqında işlədilən ifadə


Nə qədər qəribə görünsə də, ifadənin yaranması balıq ovu ilə bağlıdır. İlk baxışdan sual yarana bilər ki, nә üçün pulu balta kәsməsin, həm də pulla baltanın nә әlaqәsi ola bilər? Qәdimdә «pul» mәfhumunu bildirmәk üçün müxtәlif sözlәrdәn (axça, para, tanqah, manqur, dinar, dirhәm,fülus vә s.) istifadә olunurdu.

 

«Pul» sözü hәmin (müasir) mәnada lap sonralar işlәnilmәyә başlamışdır, hәm dә bir çox türk dillәri üçün bu mәna sәciyyәvi deyildir. Bu ifadәnin dilimizdә yaranması, әslindә, balıqçılıq tәsәrrüfatı ilә әlaqәdardır. Kök, yağlı, iri balıqları balta ilә dә doğramağın çәtinliyini bildirәn ifadә get- gedә mәcazi mәna kәsb edәrәk idiomlaşmışdır.


Danışıqda varlı adam haqqında işlәnən «yağlı» sözü dә bu fikri tәsdiq edә bilәr. Maraqlıdır ki, «balıq» sözünün kökü olan «bal//pal» sözü dә «pul» ilә fonetik cәһәtdәn çox yaxındır vә bәzi türk dillәrindә (mәsәlәn: çuvaş dilindә) balıq әvәzinә pula (pul) işlədilir.