Bu maraqlıdır!

Ağac qatranı nə üçün istifadə edilir?

Qatran bəzi ağacların, əsasən də iynəyarpaqlı ağacların gövdəsində olan şəffaf qatı şirədir. Qatrandan boya və lakların, həmçinin saqqızların hazırlanmasında, həmçinin suların təmizlənməsində istifadə olunur.


Qədim vaxtlarda qatrandan yapışqan kimi istifadə edir, evin divarlarındakı deşikəri tutur, su buraxmaması üçün qayıqları qatranlayır, həmçinin revmatizm və dəri xəstəliklərinin müalicəsi üçün məlhəm hazırlayırdılar.