Bu maraqlıdır!

Daş kömürün yaranması

Təxminən iki milyon il əvvəl bizim planetin iqlimi çox rütubətli idi və qurunun böyük hissəsi nəhəng ayıdöşəyi bitkiləri ilə örtülü idi. Su o qədər çox idi ki, tam torpağa hopa bilmirdi, palçıq və gildən böyük göllər əmələ gəlmişdi. Bu palçığın içərisinə məhv olmuş ağacların gövdələri yıxılırdı.

 

Onlar o qədər çox idi ki, çürüyüb parçalanmağa vaxt olmurdu, elə üst-üstə yığılır, öz ağırlığı altında sıxlaşaraq bütöv ağac kütləsinə çevrilirdi. Milyon illər ərzində bu kütlənin nəhəng qatları əmələ gəlmiş, zaman keçdikcə o quruyub daşlaşmış və kömürə çevrilmişdir.

 

İndi insanlar daş kömürü yanacaq kimi istifadə edirlər.