Mədəni irsimiz

Balıq xalçası

Bu xalça Qarabağ tipinin ən geniş yayılan xalçalarından biridir. Ölkəmizin şimalında “Balıq”, İran Azərbaycanında isə “Moxi” adı ilə tanınır.

 

“Balıq” xalçası Qarabağan bütün xalçatoxuma məntəqələrində istehsal olunmasına baxmayaraq, onun əsas istehsal mərkəzi Bərdə şəhəri hesab olunurdu.

 

XVIII əsrin ikinci yarısından isə “Balıq” xalçası Şuşa şəhərində də istehsal olunurdu. XIX əsrin ikinci yarısından Şuşa şəhərində istehsal olunan xalı və xalçaların təqribən 35 faizi “Baılq” tipinə aid idi.

 

Məşhur “Eraq”, “Bıçaq”, “Mustofi” və başqa xalçalar əsas etibarilə “Balıq” təsviri əsasında toxunurdular. “Balıq” kompozisiyası eyni prinsipə tabedir, onun spiralları isə qısa məsafəli rapportlarda yerləşirlər.

 

Spiralın sonuna əyilmiş yarpaqlar hərdən uzun formada yığılaraq, “Balıq” təsvirini xatırladır, buna görə də xalça sənətkarları şərti olaraq bu kompozisiyanı “Balıq” adlandırırdılar.