Şeirlər

Ələmdar Quluzadə. Qış nağılı

Uşaq teatrında
Tamaşaya baxırdıq.
Gah əl çalır, gülüşür,
Gah ayağa qalxırdıq.

 

Səhnəyə qar yağanda
Elə bil ki, qış idi.
Ağaclardan sallanan
Buz naxış-naxış idi.

 

Birdən nağıl qurtardı,
Durduq düzələk yola.
Pərdəni çəkdilər ki,
Soyuq dolmasın zala.