Bu maraqlıdır!

Kənd təsərrüfatı nədir?

Kənd təsərrüfatı xüsusi fəaliyyət növüdür. Kənd təsərrüfatı ilə məşğul olmaq insanların lazım olan nemətləri əldə etmək üçün torpağı becərməsi deməkdir. Əlbəttə, kənd təsərrüfatı tək torpağı becərmək deyil: o, məhsulu əldə etmək üçün lazım olan bir çox işləri özündə birləşdirir.


İlk növbədə, torpaq şumlanır, sonra əkin vaxtı gəlir, hazırlanmış torpağa toxumu əkirlər. Məhsulun bol olması üçün torpağa gübrə, yəni bitkilər üçün xeyirli olan maddələr verilir. Sonra cücərtilər qalxır, onların qayğısına qalmaq lazımdır və nəhayət, məhsulun yığılması vaxtı gəlib çatır. Beləliklə, kənd təsərrüfatı işləri çoxlu vaxt tələb edir və demək olar ki, bütün ilboyu davam edir.