Bu maraqlıdır!

Traktor nə üçün lazımdır?

Traktor-kənd təsərrüfatı işləri üçün yaradılmış xüsusi maşındır ona görə də o, müəyyən xüsusiyyətlərə malikdir. Traktorun çox güclü mühərriki və xüsusi quruluşlu böyük təkəri var ki, o, yumşaq bərkiməmiş torpaq qatı ilə hərəkət edə bilsin.

 

Trakatorun arxasında qoşqu yeri var ki, onun köməyi ilə o öz arxasınca kotan, otbiçən və başqa mexanizmləri dartıb apara bilir. Ancaq traktor hər yerdə hərəkət edə bilmir, məsələn, dağın döşündə torpağın becərilməsi və məhsulun yığılması zamanı insanlar daha sadə texnikalardan istifadə etməli olurlar.