Afişa

Bakı Dövlət Sirki qış mövsümünə start verir

Bakı Dövlət Sirki bütün fəsillərdə fəaliyyət göstərməkdə davam edir.

 

AZƏRTAC xəbər verir ki, dekabrın 17-dən başlayaraq “Güzgülər dünyası” adlı beynəlxalq sirk proqramı nümayiş olunacaq.

 

Yanvarın 8-dək davam edəcək Yeni il şousunun hekayəsində şər qüvvələri ilə xeyirxah şahzadənin mübarizəsindən bəhs edilir.

 

Müasir dünya sirk nümunələrini nümayiş etdirməyi qarşısına məqsəd qoyan Bakı Dövlət Sirkində musiqili rəqs şouları, hava gimnastlarının qeyri - adi tryukları, klounların yumor dolu çıxışları, balet şousu, transformasiya illüziyası kimi digər nömrələr proqramları rəngarəngləşdirir.

 

Bundan başqa, Bakı Dövlət Sirki uzun illərdən sonra Qarabağ atlarının çıxışı ilə milli sirk nömrəsini də hazırlayıb.

 

Proqramların təşkilatçısı azərbaycanlı sirk ustası Allahverdi İsrafilovdur.

 

Biletləri şəhərin bütün kassalarından və “iticket.az” saytından onlayn əldə edə bilərsiniz.