Bu maraqlıdır!

Hörümçəklər təhlükəlidirmi?

Çox adam hörümçəklərdən qorxur, ancaq onların çoxu insanlar üçün zərərsiz və təhlükəsizdir. Hörümçəklər həşəratlarla qidalanır: onlar yapışqanlı sap hazırlayır və bu sapdan tor hörürlər, həşəratlar bu tora düşərək dolaşıb qalır və hörümçək onu yeyir. Ancaq bir neçə hörümçək növünün, məsələn, tarantul və qara dul kimi hörümçəklərin dişləməsi zəhərlidir.


Tarantul çox böyük hörümçəkdir, onun bədəni qəhvəyi rəngdədir, qarıncığında və ayaqlarında narıncı ləkələr var. O, torpaqda qazılmış yuvalarda yaşayır. Tarantul adamı dişləyə bilər (məsələn, təsadüfən onu tapdaladıqda), ancaq onun zəhəri arı zəhərindən o qədər də təhlükəli deyil. 


Qara dul daha bir zəhərli hörümçək növüdür, ancaq təhlükəli olan yalnız yaşlı dişi fərdlərdir, erkəklərin və cavan dişi hörümçəklərin zəhəri çox zəifdir.