Təbiət

Roybos

Roybos-Aspalathus linearis adlı Afrikada bitən qırmızı rəngli çaydır. Kol şəklində bir bitki olan roybos hazırlanması zamanı fermentativ prosesə uğrayaraq (mayalanır və qurudulur) qırmızı-qəhvə rəngi arasında bir rəngə çevrilir. 

 

Bu çayın yaşıl olan forması isə fermentativ prosesdən keçirilməyən növüdür. Roybos çayını çox az yerlərdə yetişdirirlər. Çin, ABŞ və Avstraliya kimi ölkələr yetişidirləməsini yüksək səviyyədə bacarmamışdılar. Yetişdirilməsi üçün iqlim önəmlidir. Roybos çayı hələ yaşıl çay və mate çayının populyarlığını qazanmamışdır, lakin məlum olur ki, Roybos bu tanınmış çaylardan daha çox olmasa da, bir o qədər faydası ola bilər. Qeyd etmək vacibdir ki, Roybos texniki cəhətdən bitki mənşəli bir çaydır və həqiqi bir çay deyil.


Təbii olaraq kofeinsiz, bal və qızılgülləri xatırladan bir dadı ilə mülayim şirin və dadlıdır. Roybos ayrıca digər əhəmiyyətli üstünlüklərə də malikdir.


Dadı çox gözəl, qoxusu ondan da gözəl olan çayın dəri səpgiləri, dermatit, ekzema və iltihabli dəri problemləri zamanı faydalıdır. Tərkibi vitamin-minerallarla zəngindir. Xüsusilə, dəmir, mis, natrium və kalium var.


Roybos ayrıca, mərkəzi sinir sistemində rahatlamanı təşviq etmək üçün işləyən təbii olaraq sakitləşdirici xüsusiyyətlərə malikdir. Bu, Cənubi Afrikadakı uşaqlara tez-tez verilməsinin bir səbəbidir, lakin bir çoxu buna təbii yuxu yardımı və yuxusuzluğun aradan qaldırılmasına kömək etmək üçün müraciət edirlər. Keyfiyyətli yuxunu təşviq edə biləcəyinin digər bir səbəbi, tez-tez ənənəvi qəhvə və çayın kofeinsiz əvəzedicisi kimi istifadə edilməsidir, çünki kofeinin çıxarılması da yuxu keyfiyyətinin yaxşılaşdırılmasına kömək edir.


Hazırlanması da qara çayın dəmlənməsinə çox bənzəyir.