Bu maraqlıdır!

Fortepiano səsi necə çıxarır?

Fortepianonun iki növü var: pianino və royal.

 

Onların hər ikisinin mexanizmi eynidir. Onun hissələri simlər çəkilmiş rama, rezonans verən korpus, dillər və pedallardır. Dillərə kiçik taxta çəkiclər bərkidiıib. Musiqiçi dilləri sıxan zaman çəkic simə çırpılır, sim vibrasiya edir və səs çıxır.