Şeirlər

Şəhla Fərhadqızı. Mərhəmətli qız

Velosiped sürərkən
Gülçin yaman yıxıldı.
Yerə elə dəydi ki,
Dizi, qolu cızıldı.

 

Nərmin durub bayaqdan
Ona tərəf baxırdı.
Gülçin yıxılan kimi
Özün ona çatdırdı.

 

Kömək etdi Gülçinə -
Onu yerdən qaldırdı.
Evdən tənzif gətirib
Dizin, qolun sarıdı.

 

Gülçin ona ürəkdən:
“Nərmin, çox sağ ol, - dedi.
- Sən mərhəmətli qızsan,
Gəl dost olaq”, - söylədi.