Şeirlər

Əyyub Türkay. Torpağa bir fidan dikin

Hər biriniz ağac əkin,

Torpağa bir fidan dikin.
Zaman gələr düşər bara,
Nişan qalsın sizdən sonra.

 


Bu dünyada ən yaxşı iş,
Ağac əkmək gözəl vərdiş.
Aram-aram keçər illər,
Sizi söylər yaxşı dillər.

 


Bu sözləri deyir müəllim,
Həyat elmin edir təlim.
Əkdik xeyli cavan ağac,
Xeyir işə verdik rəvac.