Atalar sözləri

Halvası çalınıb

Bir adamın şəkk-şübhəsiz öləcəyini və ya hansısa böyük bədbəxtliyə, uğursuzluğa düçar olacağını bildirmək üçün işlədilən ifadə


İfadə Şərq ölkələrində verilən yas mərasimləri ilə bağlı meydana çıxmışdır. Şərqin müsəlman ölkələrində, o cümlədən Azərbaycanda bir adam öldükdə onun dəfn mərasimində ehsan kimi halva verilir və xüsusən bu zaman yoxsul ailədən olan uşaqları və qocaları yaxşıca doydurmağa çalışırlar. Hesab edirlər ki, bu yolla mərhumun ruhunu rahatlandırır və onun behiştə getməsini asanlaşdırırlar. Ona görə də halva çalınması elə bizim günlərdə də bir adamın dünyasını dəyişməsi, yaxud bütövlükdə ölənlərin ruhunun yad edilməsi ilə bağlı hadisə hesab olunur.


Sonralar ifadə məcazlaşaraq işi nəhs gətirən, fəlakətlə üzləşən, dara düşüb çıxa bilməyən, məsələsi mənfi mənada həll olunmuş adamlara da aid edilib.